AZ

Şoyqu Rəhman Mustafayevə "İkinci Dünya müharibəsi illərində Azərbaycanın qəhrəmanlığı” adlı sənədli toplunu təqdim edib

Moskvada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş “Respublikalar – Cəbhə üçün. 1941–1945” toplular silsiləsinin təqdimatı keçirilib.

APA-nın Moskva bürosu Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, nəşrlər Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı, Elm və Ali Təhsil Nazirliyi, Rusiya Tarix Cəmiyyəti və Rusiya Dövlət Humanitar Universitetinin birgə səyləri ilə hazırlanıb.

Təqdimatda Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Tədbirdə çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu keçmiş SSRİ respublikalarının İkinci Dünya müharibəsində ümumi Qələbəyə misilsiz töhfə verdiyini söyləyib. O, Azərbaycanın roluna xüsusi diqqət çəkərək, görkəmli sərkərdə, ikiqat Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun tarixi qəhrəmanlıqlarını vurğulayıb.

Mərasim zamanı Şoyqu səfir R.Mustafayevə “İkinci Dünya müharibəsi illərində Azərbaycanın qəhrəmanlığı” adlı sənədli toplunu təqdim edib.

Şoyqu Şoyqu
Seçilən
13
3
apa.az

4Mənbələr