AZ

Amerika nə vaxtacan Ukraynaya silah tədarük edəcək? – Metyu Uitaker cavab verdi

Amerika sülh müqaviləsi imzalanana qədər NATO vasitəsilə Ukraynaya hücum sistemləri də daxil olmaqla silah göndərməyə davam edəcək.

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “NewsMax”a verdiyi müsahibədə bildirib. “Sülh müqaviləsinə nail olmaq üçün lazım olan müddət ərzində biz silahlarımızı NATO müttəfiqlərinə satmağa davam edəcəyik və onlar da öz növbəsində onları Ukraynaya tədarük edəcəklər”, – deyə o bildirib.

Uitaker əlavə edib ki, bunlara həm özünümüdafiə silahları, xüsusən də hava və raketdən müdafiə sistemləri, həm də “onlara döyüşməyə, özlərini müdafiə etməyə və ölkələrinin işğal altında qalmamasını təmin etməyə imkan verəcək” hücum silahları daxil olacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr