Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Qəzza zolağında atəşkəsə riayət etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə liderinin sözlərinə görə, İsrailin Qəzzada davam edən hücumları və atəşkəs pozuntuları qəbuledilməzdir:
"Beynəlxalq ictimaiyyəti atəşkəsə tam riayət etmək üçün İsrailə təzyiq göstərməyə çağırırıq", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə lideri Səudiyyə Ərəbistanı və Misirə səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Anar