AZ

"Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi" - Ruslan Abışov

"Turan Tovuz" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Kəpəz"ə qalib gəldi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un məşqçisi Ruslan Abışov matçdan sonra keçən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- 4 gün əvvəl "Qarabağ"a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odu qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda "Karvan-Yevlax"la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq.

- Avrokuboklara vəsiqə qazanmaq üçün kuboku, yoxsa çempionatı uyğun yol kimi görürsüz?
- Hər komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik.

Seçilən
42
4
football-plus.az

6Mənbələr