AZ

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları cəzalandırıldı

style='margin-bottom:10px;'>

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın 20-ci turundan sonra sərt qərarlar qəbul edib.

QOL.az xəbər verir ki, bu qərarlar fonunda "Beşiktaş" və "Fənərbaxça" ciddi itkilərlə üzləşib.

"Beşiktaş"ın "Konyaspor"la matçında (31.01.2026) birbaşa qırmızı vərəqə görərək meydandan qovulan Kristjan Asllani 2 oyunluq diskvalifikasiya olunub. Qurum bunu futbolçunun rəqibə qarşı ciddi qayda pozuntusu etməsi ilə əsaslandırıb.

"Fənərbaxça"nın ulduz müdafiəçisi Milan Skriniar da cəzasız qalmayıb. "Kocaelispor"la qarşılaşmada rəqib azarkeşlərə qarşı qeyri-etik hərəkətlər edən futbolçuya 2 oyunluq cəza tətbiq olunub. Bununla yanaşı o, 80 min TL məbləğində cərimələnib.

Seçilən
44
4
teleqraf.com

5Mənbələr