AZ

ABŞ və Rusiya nüvə sazişi barədə razılığa gəldi -

ABŞ və Rusiya strateji nüvə silahlarını məhdudlaşdırmağı nəzərdə tutan "Yeni Strateji Silahların Azaldılması Müqaviləsi"ni yeniləmək üzərdir. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mənbələri iddia irəli sürüb. İddialara görə, tərəflər müddəti bitən müqaviləni davam etdirmək qərarına gəliblər. Bu barədə danışan mənbələr, plan üzrə razılığa gəlindiyini, lakin bunun üçün hər iki liderin təsdiqinin lazım olduğunu bildirib. Digər mənbə isə məsələnin müzakirə olunduğunu, lakin hələlik razılığa gəlinmədiyini iddia edib.

Qeyd edək ki, "Yeni Strateji Silahların Azaldılması Müqaviləsi" 1991-ci ildə ABŞ ilə Sovet Rusiyası və 1993-cü ildə Rusiya arasında imzalanıb. Müqavilənin genişlənidirlmiş sənədi 2010-cu ildə imzalanıb.

Seçilən
31
metbuat.az

1Mənbələr