AZ

Moskvada “Respublikalar Cəbhə üçün. 1941 1945” toplular silsiləsi təqdim olunub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskva, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Moskvada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş “Respublikalar – Cəbhə üçün. 1941–1945” toplular silsiləsinin təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC Azərbaycanın Rusiyadakı səfirliyinə istinadla xəbər verir. Bildirilir ki, nəşrlər Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı, Elm və Ali Təhsil Nazirliyi, Rusiya Tarix Cəmiyyəti və Rusiya Dövlət Humanitar Universitetinin birgə səyləri ilə hazırlanıb. Tədbirdə MDB-nin bəzi ölkələrinin diplomatları ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Təqdimatda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu keçmiş SSRİ respublikalarının İkinci Dünya müharibəsində ümumi Qələbəyə misilsiz töhfə verdiyini vurğulayıb. O, Azərbaycanın roluna xüsusi diqqət çəkərək, görkəmli sərkərdə, ikiqat Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun tarixi qəhrəmanlıqlarını qeyd edib.

Mərasim zamanı R.Mustafayevə “İkinci Dünya müharibəsi illərində Azərbaycanın qəhrəmanlığı” adlı sənədli toplu təqdim olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
3
azertag.az

4Mənbələr