AZ

Versace moda evi Piter Mülyeyə tapşırıldı

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransanın "Alaïa" moda evində çalışmış belçikalı modelyer Piter Mülye "Versace" brendinin yeni kreativ direktoru təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə İtaliya moda evinin "X" hesabında məlumat verilib.

"Versace" və "Prada Group" Piter Mülyenin 2026-cı il iyulun 1-dən etibarən baş kreativ direktor təyin olunduğunu elan edir. Bu təyinat brendin tarixində yeni bir fəslin başlanğıcını göstərir", - deyə məlumatda bildirilib.

Piter Mülye "Raf Simons", "Jil Sander", "Dior" və "Calvin Klein" kimi moda evlərində çalışıb. Hazırkı təyinatından əvvəl o, Fransanın "Alaïa" brendinin kreativ direktoru olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
lent.az

2Mənbələr