AZ

Bayker qayda pozub polisdən qaçdı Motosiklet əlindən alındı, 2700 manat cərimələndi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qayda pozub polisdən qaçan motosikletçi cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Karabük vilayətində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Belə ki, Vilayət Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları Balıqlar Qayası Qovşağında apardıqları reyd zamanı 78-ACJ-690 nömrə nişanlı motosiklet sürücüsünə "Saxla" əmrini veriblər. Lakin o, əmrə tabe olmayaraq hadisə yerindən qaçıb. Yolun əks istiqamətində səki ilə hərəkət edən motosikletçi bir müddət sonra yolun hərəkət hissəsi ilə hərəkətinə davam edib. Həm özünü, həm də digərlərinin həyatını təhlükəyə atan motosiklet sürücüsü daha sonra aparılan araşdırma nəticəsində saxlanılıb.

Polis əməkdaşlarının apardıqları yoxlama zamanı O.A.-nın sürücülük vəsiqəsinin olmadığı məlum olub. O, yol verdiyi qayda pozuntularına görə 2702 manat cərimələnib. Bundan başqa, motosiklet müsadirə edilərək cərimə meydançasına aparılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 24

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
avtosfer.az

1Mənbələr