Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Həm respublikaçı, həm də demokrat konqresmenlər bu təşəbbüslə çıxış ediblər
ABŞ Konqresində həm Respublikaçılar, həm də Demokrat Partiyalasının nümayəndələri milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeytsin pedofil maliyyəçi Ceffri Epşteynin işi üzrə ifadə verməsi üçün çağırış vərəqəsi almağa çalışırlar. AYNA.AZ xəbər verir ki, bu barədə 5 fevralda “Politico” Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerə istinadən məlumat yayıb.
“Komitədəki ikipartiyalı qanunverici qrup milyarder, “Microsoft”un təsisçisinə çağırış vərəqəsi göndərilməsinə çalışır", - deyə məlumatda vurğulanıb.
Komerin sözlərinə görə, komitənin həm respublikaçı, həm də demokrat bir neçə üzvü bu təşəbbüslə ona müraciət edib. Konqresmen vurğulayıb ki, “Bill Qeytsin ifadə verməsi ehtimalı olduqca mümkündür".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.