AZ

“FIA qaydaları dəyişsə, məhkəməyə müraciət etməyə hazırıq”

"Mercedes-Benz Group AG"nin prezidenti Ola Kallenius, Beynəlxalq Avtomobil Federasiyası (FIA) yeni mühərrik texnologiyasına dair qaydaları dəyişsə, məhkəməyə müraciət etməyə hazır olduqlarını açıqlayıb.

90deqiqe.Az-ın "Motorsport Italia"ya istinadən məlumata görə, "Mercedes" komandası FIA-dan əldə etdiyi sənədlərlə öz güc qurğularının qanuni olduğunu sübut edə bilir.

Qeyd edək ki, 5 fevralda Formula-1-in Güc Qurğuları Məsləhət Komitəsinin (PUAC) iclası keçiriləcək. İclas zamanı mübahisəli məsələ müzakirəyə çıxarılacaq və gələcək addımlar barədə qərar veriləcək.

Seçilən
36
90deqiqe.az

1Mənbələr