AZ

Böyük Britaniya və ABŞ mühüm minerallarla bağlı anlaşma memorandumu imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya və ABŞ mühüm minerallarla bağlı anlaşma memorandumu imzalayıblar.

Banco.azxəbər verir ki, İngiltərə Ticarət Nazirliyinin açıqlamasına görə, sözügedən saziş Vaşinqton şəhərində imzalanıb.

Bu razılaşmanın İngiltərədə fəaliyyət göstərən müəssisələrə dəstək verməsi gözlənilir. Eyni zamanda, iki ölkə strateji əhəmiyyət daşıyan mineralların tədarükünün etibarlı şəkildə təmin olunmasını hədəfləyir.

İngiltərə və ABŞ arasında kritik minerallar sahəsində daha sıx əməkdaşlığın qurulmasını nəzərdə tutan sazişin, mədənçilik və emal kimi istiqamətlərdə özəl sektor investisiyalarının artmasına şərait yaratması planlaşdırılır. Razılaşmanın hər iki ölkədə avtomobil sənayesi, müdafiə və təmiz enerji kimi mühüm sahələr üçün zəruri olan kritik mineralların təminatına töhfə verəcəyi gözlənilir.

ABŞ ilə imzalanmış bu anlaşma memorandumu İngiltərənin ötən ilin noyabr ayında elan etdiyi “Kritik Minerallar Strategiyası”nın tərkib hissəsi kimi qiymətləndirilir. Bu strategiya çərçivəsində İngiltərə 2035-ci ilədək hər hansı bir kritik mineral üzrə tələbatın 60 faizindən çoxunun yalnız bir ölkədən idxal edilməsinin qarşısını almağı hədəfləyən siyasət yürüdür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
12
1
banco.az

2Mənbələr