Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ və Rusiya hərbçiləri arasında yüksək səviyyəli dialoqun bərpası sülhün əldə olunması və qorunması baxımından həlledici əhəmiyyətə malikdir.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Əbu-Dabidə keçirilən üçtərəfli görüşlərin yekunlarına dair açıqlamasında bildirib.
Uitkoff sosial şəbəkə hesabında yazıb ki, ABŞ və Rusiya ABŞ-nin Avropa Komandanlığının rəhbəri, general Aleksus Qrinkevicin rəhbərliyi ilə hərbi dialoqun qurulması barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu əlaqə kanalı münaqişə başlamazdan əvvəl dayandırılmışdı və sülhün əldə olunması və davamlılığının təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Xədicə BAXIŞLI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.