AZ

Bakıda külək ölümə səbəb olduVİDEO

Bakıda küləkli hava şəraiti hasarın uçmasına səbəb olub, nəticədə, bir nəfər həyatını itirib.  

Xezerxeber.az-ın məlumatına görə, uçan divarın altında qalan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Qonşuların sözlərinə görə, dünyasını dəyişən şəxs o ünvanda yaşamayıb.

Onun Bakı sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov olduğu müəyyənləşib.

Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bir nəfərin həkiməqədər ölüm faktının qeydə alındığı təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
28
xezerxeber.az

1Mənbələr