AZ

Ukrayna qüvvələri Rusiyanın ballistik raket poliqonuna zərbələr endirib

Yanvar ayında Ukrayna qüvvələri Rusiyanın Həştərxan bölgəsindəki Kapustin Yar sınaq poliqonunda anqar komplekslərinə bir sıra dəqiq zərbələr endirib.

Burada orta mənzilli qitələrarası ballistik raketlər buraxılışdan əvvəl hazırlanır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 5 fevralda Telegram-da məlumat verib. “Ukrayna Müdafiə Qüvvələri bir sıra uğurlu zərbələr endirib… Ukrayna istehsalı olan uzun mənzilli zərbə silahlarından, xüsusən də FP-5 Flamingo-dan istifadə edərək… Kapustin Yar sınaq poliqonuna zərbələr endirib. Poliqon infrastrukturuna ziyan dəyib”.

Baş Qərargahın məlumatına görə, sınaq poliqonundakı bəzi binalar müxtəlif dərəcələrdə ziyan görüb: bir anqar ciddi şəkildə zədələnib və personal ərazidən təxliyə edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr