AZ

“İlham Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən ənənəvi Milli Dua Səhər Yeməyində (National Prayer Breakfast) çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına yüksək ifadələr işlədib.


Manset.az xəbər verir ki, Ağ Ev rəhbəri sülh prosesindəki irəliləyişlərdən danışarkən hər iki lideri “yaxşı liderlər” adlandırıb.

Tramp öz vasitəçiliyi ilə əldə olunan uğurları xatırladaraq bildirib:

“Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran və Ermənistan-Azərbaycan arasındakı şiddətli müharibələri dayandırmışam. Bakı və İrəvan arasında sülh prosesində ciddi irəliləyiş var. Həqiqətən, onlar yaxşı liderlərdir”.

Xatırladaq ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi sülh bəyannaməsi imzalanıb. Həmin sənəd çərçivəsində regionda nəqliyyat dəhlizlərinin açılması, o cümlədən “Trump Route” (Tramp Yolu) layihəsinin icrası nəzərdə tutulur.

Seçilən
38
2
manset.az

3Mənbələr