AZ

Turinə Touni yox, Boqa gəldi

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib. İtaliya nəhəngi “Nitsa”nın yarımmüdafiəçisi Jeremi Boqanı sıralarına qoşub.

"Football-plus.az" xəbər verir ki, Turin klubu icarəyə götürdüyü 29 yaşlı oyunçu ilə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə bağlayıb. “Yuventus” yayda 5 milyon avro ödəməklə təcrübəli futbolçunu daimi əsasda heyətində saxlaya bilər.

Boqa “Nitsa”da 2023-cü ilin yayından oynayır. O, cari mövsüm bütün yarışlarda 20 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Jereminin “Nitsa” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Əlavə edək ki, “Əl-Əhli”nin hücumçusu Ayvan Touni “Yuventus”un transfer təklifini geri çevirib. “Daily Mirror”un məlumatına görə, 29 yaşlı futbolçu bu qərarı İngiltərə yığmasının heyətində bu il keçiriləcək dünya çempionatına yollanmaq niyyəti ilə verib.

Cari mövsümdə vurduğu 18 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olan Touni Avropaya qayıtmaqdansa, “Əl-Əhli”də qol vurmağa davam etməyi üstün tutub. O, bu planda yığmanın baş məşqçisi Tomas Tuxelin diqqətini daha çox cəlb edə biləcəyini düşünür.

Seçilən
40
1
football-plus.az

2Mənbələr