Qəbələ Rayon Mərkəzi Xəstəxanasında prostat vəzin transuretral (qapalı) rezeksiyası əməliyyatı uğurla icra edilib.
Medicina.az xəbər verir ko, 1949-cu il təvvəllüdlü şəxsə (kişi) aparılan instrumental-diaqnostik müayinələrdən sonra prostat vəzin hiperplaziyası diaqnozu təyin olunub və əməliyyatın icrasına qərar verilib.
Əməliyyat həkim-cərrah-uroloq Elçin Bağırlı və həkim-anesteziloq-reanimatoloq Həyat Ədilova tərəfindən həyata keçirilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, Qəbələr Rayon Mərkəzi Xəstəxanasında icra olunan bu əməliyyat son 10 ildə ilk dəfə həyata keçirilib.
Pasiyent başda müəssisə rəhbərliyi və həkim-cərrah-uroloq Elçin Bağırlı olmaqla bütün tibb heyətinə minnətdarlığını bildirib.
