AZ

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” Video

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xalq artisti Ofeliya Sənani hərbçilərə olan sevgisindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi “Günə uğurla” verilişində əsgərlərlə bağlı duyğulu xatirələrini bölüşüb. O, yolda rastlaşdığı əsgərlərə münasibətindən, onlarla fəxr etdiyini necə ifadə etdiyindən söz açıb:

“Yolda əsgər görəndə qaçıram onun arxasınca, qolunu qucaqlayıram. Onlarla fəxr edirəm, hərbi geyimdən xoşum gəlir. Formasından öpürəm. Əsgər isə diksinir və çevrilib baxır, deyir ki, "Siz Ofeliya xanım deyilsiniz?". Cavab verirəm ki, bəli Ofeliyayam. Soruşur ki, "Məni nə üçün öpürsünü?". Deyirəm yəqin ki, ananla görüşə gedirsən. Ona görə səni öpür, bağrıma basıram. Cibinə də pul qoyuram, ananın yanına əli boş getmə”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
4
axsam.az

5Mənbələr