AZ

Real rəhbərliyi Arbeloadan narazıdır

ain.az bildirir, Qol.az portalına istinadən.

"Real" rəhbərliyi Arbeloadan narazıdır

"Real" rəhbərliyi baş məşqçi Alvaro Arbeloanın taktiki qərarlarından narazı qalıb.

QOL.az "COPE"yə istinadən xəbər verir ki, klub rəsmiləri bəzi ulduz futbolçuların mövqelərinin tez-tez dəyişdirilməsini və onların profilinə uyğun olmayan yerlərdə oynadılmasını tənqid edib.

Narazılığa əsas səbəb kimi Eduardo Kamavinqa ilə bağlı qərar göstərilir. Belə ki, La Liqanın 22-ci turunda "Rayo Valyekano" ilə matçda fransalı yarımmüdafiəçi sol cinah müdafiəçisi kimi oynadılıb. Rəhbərlik ehtiyat skamyada Fran Qarsiya və Alvaro Karreras kimi bu mövqenin təmiz oyunçuları olduğu halda Arbeloanın Kamavinqanı müdafiədə oynatmasını düzgün hesab etməyib.

Xatırladaq ki, 22 turdan sonra 54 xalı olan "kral klubu" turnir cədvəlində lider "Barselona"dan cəmi 1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
qol.az

2Mənbələr