“Bayern” müdafiəçi Saşa Boenin “Qalatasaray”a icarəyə verildiyini açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. Boe mövsümün sonuna kimi “sarı-qırmızı” formanı geyinəcək.
O, “Bayern”ə 2024-cü ilin yanvarında məhz “Qalatasaray”dan keçmişdi. 25 yaşlı futbolçu bu müddət ərzində 38 oyunda meydana çıxıb. Müdafiəçinin Almaniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.