AZ

Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
35
2
unikal.az

10Mənbələr