İranın raket proqramı və (aşağı səviyyəli) uran zənginləşdirmə fəaliyyətləri danışıqlar mövzusu deyil.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.
"İranın qırmızı xətləri dəyişməyib və əgər amerikalılar danışıqlara əvvəlki kimi qatılmaq və sıfır zənginləşdirmə kimi tələblər irəli sürmək istəyirlərsə, danışıqlar uğursuz olacaq" o deyib.