AZ

AQTA nın fəaliyyətini dayandırdığı kolbasa sexinin adı açıqlandı

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa istehsalı müəssisəsi aşkarlaması barədə məlumat açıqlanıb.

Bununla bağlı verilən məlumatda faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırıldığı və rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunduğu deyilsə də həmin müəssisənin adı açıqlanmayıb.

AQTA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüsniyyə Həsənova Gununsesi.info-nun sorğusuna cavabında pozuntu aşkarlanan müəssisə haqqında geniş bilgi verib.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib:

“Baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr