Sabah Milan-Kortina-2026 Qış Olimpiya Oyunları start götürür.
İdman.Biz xəbər verir ki, İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçiriləcək Oyunlarda 92 ölkədən 3 minə yaxın idmançı mübarizə aparacaq.
Onlar 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışacaqlar.
XXV Qış Olimpiya Oyunlarında Azərbaycanı milli komandamızın üzvləri Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə təmsil edəcəklər.