Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində ölüb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsi ərazisində yerləşən zavodda baş verib. 1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürəktutmadan öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov