AZ

Tokayev: Astana Qazaxıstan–Türkmənistan–Əfqanıstan–Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır

Astana Qazaxıstan–Türkmənistan–Əfqanıstan–Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın "The News International" qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib.

"Biz bu layihəni regional inteqrasiya və Cənubi Asiya bazarlarına çıxış baxımından strateji əhəmiyyətli hesab edirik. Sevindirici haldır ki, Pakistan da bu mühüm strateji istiqamətdə sıx əməkdaşlığa yüksək maraq nümayiş etdirir", – deyə Tokayev vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan tranzit-nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi üçün bütün maraqlı tərəflərin fəal və əlaqələndirilmiş iştirakına ümid edir.

Seçilən
34
2
far.az

3Mənbələr