Epşteynin elektron poçtu, iş üzrə fayllarda yer alan parol sayəsində hakerlər tərəfindən sındırılıb.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Cybernews” məlumat yayıb.
Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən maliyyəçinin işi ilə bağlı dərc edilmiş sənədlərdə onun şəxsi hesablarının parolları tapılıb.
Tapılan məlumatlar arasında “Outlook” parolu da yer alıb. Hesab ələ keçirildikdən sonra hakerlər hesabı təhqiramiz e-poçtlar, memlər və şübhəli veb saytlardakı qeydiyyatlarla doldurmağa başlayıblar.
Epşteyn adından “Microsoft”un qurucusu Bill Qeytsə elektron poçt da göndərilib.