AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

Bakı. Trend:

Fevralın 5-də Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadınhüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.

Trend xəbər verir ki, söhbətzamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyəvə sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyatakeçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalininhəssas təbəqələri üçün bərabər imkanların yaradılmasına köməketdiyi barədə məlumat verildi.

Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zarqa Yaftalının rəhbərliketdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasındaəməkdaşlıq imkanlarına toxunuldu, bu fondun fəaliyyətinin 100mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyəçıxışını təmin etdiyi qeyd olundu.

Görüşdə, həmçinin qlobal humanitar təşəbbüslərin həyatakeçirilməsində ortaq məqsədlərin olduğu vurğulandı, qadınhüquqlarının qorunması və davamlı təhsilin təmin edilməsininəhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.

Seçilən
42
39
az.trend.az

10Mənbələr