AZ

"Bavariya" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Serj Qnabri ilə razılıq əldə edib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi almaniyalı hücumçunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı forvardla 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək  ki, "Bavariya" Serj Qnabrini 2017-ci ilin yayında "Verder"dən 8 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heeyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
36
1
sportal.az

2Mənbələr