AZ

''Qalatasaray'' 18 yaşlı futbolçuya görə 7 milyon avro ödədi!

''Qalatasaray''la bağlı sürpriz bir transfer xəbəri var.

Daha öncə Noa Lanq və Yaser Asprilya kimi vingerləri heyətinə qatan Türkiyə çempionu bu dəfə gələcəyə yönəlmiş strateji bir transfer həyata keçirib. ''Cim-Bom'' Portuqaliya təmsilçisi ''Kaza Pia''da çıxış edən Renato Nyaqa ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi artıq İstanbula gəlib. Nyaqa ''Trabzonspor''un da gündəmində idi.

Bundan başqa iddialara inansaq, ona son anda ''Ayaks''dan da rəsmi təklif gəlibmiş. Amma beninli futbolçu artıq ''Qalatasaray'' ilə anlaşdığını irəli sürərək ''Ayaks''ın təklifini geri çevirib.

Maraqlıdı ki, ''transfermarkt''da dəyəri 1 milyon avro göstərilən bu futbolçu İstanbul nəhənginə 7 milyon avroya başa gəlib!

Bundan başqa ''Kaza Pia''ya sonrakı satışdan 10 faiz pay da çatacaq. Nyaqa ''İstanbulspor''a qarşı kubok matçını tribunadan izləyib. Onunla 4,5 illik müqavilə imzalanacağı gözlənilir. İllik maaşı isə 600-800 min avro civarında olacaq.

Əsasən mərkəz yarımmüdafiəçisi kimi oynayan Nyaqa bu mövsüm 21 rəsmi oyunda forma geyərək aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazıb.

Seçilən
26
football-plus.az

1Mənbələr