AZ

Tokayev: Astana Qazaxıstan Türkmənistan Əfqanıstan Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 5 fevral, AZƏRTAC

Astana Qazaxıstan–Türkmənistan–Əfqanıstan–Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın “The News International” qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib.

“Biz bu layihəni regional inteqrasiya və Cənubi Asiya bazarlarına çıxış baxımından strateji əhəmiyyətli hesab edirik. Sevindirici haldır ki, Pakistan da bu mühüm strateji istiqamətdə sıx əməkdaşlığa yüksək maraq nümayiş etdirir”, – deyə Tokayev vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan tranzit-nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi üçün bütün maraqlı tərəflərin fəal və əlaqələndirilmiş iştirakına ümid edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr