AZ

WUF13-ə hazırlıq çərçivəsində BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya səfər edib

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13)çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyatməsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə WUF13Azərbaycan Əməliyyat Şirkəti ilə BMT-nin Məskunlaşma Proqramının(UN-Habitat) texniki missiya üzvləri arasında görüşlərkeçirilib.

Trend xəbər verir ki,missiyanın səfəri çərçivəsində yayım və media əməliyyatları,məkanın hazırlıq səviyyəsi, “Urban Expo” sərgisininplanlaşdırılması, brendinq və istiqamətləndirici lövhələrinlayihələndirilməsi, İKT və audio-vizual sistemlər, müyəssərlik,logistika, dayanıqlılıq və maraqlı tərəflərlə koordinasiya da daxilolmaqla, geniş spektrli prioritet məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Canlı yayım və media ilə qarşılıqlı əlaqə planları, tədbirməkanının baş planı, şəhər və tədbir məkanının brendinqinə dairtəkliflər üzrə işlər yekunlaşdırılıb, eləcə də nəqliyyat, iaşə,təhlükəsizlik, könüllülərin idarə edilməsi və işçi qüvvəsininkoordinasiyası üzrə əməliyyat hazırlığı üzrə işlər intensiv şəkildədavam etdirilir.

Bu fəaliyyətlər WUF13 tədbirinin peşəkar və səmərəli təşkilolunması, eləcə də inklüziv formatda və yüksək keyfiyyətləkeçirilməsi baxımından mühüm bir mərhələni əks etdirir.

Seçilən
22
14
az.trend.az

10Mənbələr