AZ

Baş nazirin müavini Dubayda Azərbaycanın logistika imkanları barədə son statistik məlumatları açıqladı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir ŞərifovDubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkilolunmuş “Yeni İpək Yolu” Forumunda çıxış edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, S.Şərifov öz nitqindəAzərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərininkəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “BirKəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyətdaşıdığını vurğulayıb.

Baş nazirin müavini çıxışında ölkənin logistika imkanları barədəson statistik məlumatları açıqlayıb.

O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar11%, Şimal-Cənub dəhlizi üzrə isə 12% artıb. Samir ŞərifovBakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsindəillik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, BakıBeynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədərartırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıbki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlkiillə müqayisədə 40% artaraq 107 mini keçib.

S.Şərifov həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmayaəsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)kimi tanınan Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib. Obildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlıquru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEUhəcmində yük axınını təmin etmək potensialına malikdir.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərininrəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyasıistiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya vəCənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeydedərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

Baş
Baş
Baş
Baş
Baş
Seçilən
31
14
az.trend.az

10Mənbələr