AZ

Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı (FOTO)

Bakı. Trend:

5 fevral 2026-cı il tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADAUniversiteti arasında şəhərsalma və memarlıq sahələrindəəməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumatagörə, sənədi Komitənin sədri Anar Quliyev və Universitetin rektoruHafiz Paşayev imzalayıblar.

Bildirilib ki, Anlaşma Memorandumu Dövlət Şəhərsalma vəArxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsindəakademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıqsahələrində konfransların, sərgilərin, seminarların, elmigörüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram vəkursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlimvə inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıqistiqamətlərini əhatə edir.

Qeyd olunub ki, akademik ictimaiyyət ümumilikdə WUF13-ün əsasiştirakçı qruplarından biridir və forum müddətində keçiriləcəktədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakınıntəmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdətutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universitetiarasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirilməsixüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetininnəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetindədizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistikmühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq,şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrlarınhazırlanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin“Şəhərsalma və Memarlıq İli” elan edilməsi Dövlət Şəhərsalma vəArxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığınəhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıqperspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır.

3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlırazılığı əsasında uzadıla bilər, və şəhərsalma və memarlıqsahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübəninölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalardafəal iştirakına xidmət edəcək.

İmzalanma mərasimindən sonra Komitə sədri Anar Quliyevİtaliya-Azərbaycan Universitetinin yeni tədris korpusu ilə tanışolub.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Seçilən
29
6
az.trend.az

7Mənbələr