Nazirlik hərbi hissələrdə odundan imtina edir
Azərbaycan Müdafiə Nazirliyi ordunun maddi-texniki təminatının gücləndirilməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə yeni tender elan edib.BUTA.TVModern.az-a istinadla xəbər verir ki, müsabiqə üzrə ehtimal olunan qiymət 1 323 140,00 azn (bir milyon üç yüz iyirmi üç min yüz qırx manat) təşkil edir. Tender müsabiqəsi Azərbaycan Ordusunun hərbi hissələri üçün ağac olmayan briketlərin (bioyanacaqların) satın alınmasını nəzərdə tutur.