AZ

Rusiya klubu “Qarabağ”ın sabiq qapıçısı ilə müqaviləni yeniləmək istəyir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 5 fevral, AZƏRTAC

Rusiyanın "Dinamo” (Moskva) klubu “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovla müqavilənin müddətini uzatmaq istəyir.

AZƏRTAC Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi 35 yaşlı qolkiperin çıxışından razıdır.

Tərəflər arasında müqavilənin yenilənməsi ilə bağlı danışıqlar hələ başlamayıb.

Təcrübəli oyunçunun hazırkı sözləşməsinin müddəti bu ilin yayında başa çatacaq. Müqavilədə müddətin sonradan 1 il artırılması bəndi mövcuddur. Bu bənd qarşılıqlı razılıq əsasında avtomatik olaraq aktivləşdirilir.

Qeyd edək ki, 2023-2024-cü illər mövsümündə “Qarabağ”ın formasını geyinən Andrey Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
azertag.az

6Mənbələr