Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsində “Şamaxı” evdə “Qarabağ”a qalib gəldi.
“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransından hesabatı təqdim edir.
- Hər kəsi salamlayıram. Kubokda mərhələ iki matçdan ibarətdi. Hava hər iki tərəfə çətinlik yaratdı. Bu oyun gələcəyimiz üçün yaxşı güc verir. "Qarabağ" sıx qrafiklə oynayır, başa düşürük, bəzi futbolçuları oynamadı. Biz də sıx qrafiklə oynayırıq. Çətin oyunlardı. 5 gün sonra yenidən çempionat oyunu var.
- Bu oyuna əsas heyətlə çıxmaq premyer-liqada fiziki güc baxımdan zərər göstərməz?
- Heyətimiz geniş deyil. Tam gümrahliq olmayacaq. Keyfiyyəti artırmaq üçün oyun lazımdı.
- Kubokda hədəfiniz var?
- (gülür). Hədəf deyəndə ki... Həyat mübarizədi. Hər sahədə hamı istəyirik ki, imkanları daxilində irəli getsin. “Qarabağ”la qarşılaşırıq.
- Cavab oyununda şanslar nə qədərdi?
- Favorit “Qarabağ”dı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta