Azərbaycanın 18 və 20 yaşadək qadın və kişilərdən ibarət basketbol millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderlandla üz-üzə gələcək.
Qarşılaşmalar iyulun 31-dən avqustun 9-dək baş tutacaq.
Kişilərdən ibarət U-18 yığması isə B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliyaya rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-dək keçiriləcək.
Qadınlardan ibarət U-20 kollektivi B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.
Kişilərdən ibarət U-20 seçməsi isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.