AZ

Azərbaycanda minimum maaş artır? Mühüm açıqlama

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri sürətlə artır. Buna baxmayaraq, ölkədə minimum əməkhaqqı hələ də çox aşağı səviyyədə qalır. Bu vəziyyət gündəlik həyat xərclərinin qarşılanmasını çətinləşdirir və vətəndaşların normal yaşayış tələblərini yerinə yetirməsini əngəlləyir.

Azərbaycanda normal həyat səviyyəsini təmin etmək üçün minimum əməkhaqqı nə qədər olmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, minimum əməkhaqqı təyin edilərkən vətəndaş da müstəqil şəxs kimi dəvət olunmalıdır:

“Türkiyədəki kimi aylıq xərclər hesablanarkən hər hansı fabrikdən bir fəhlə də nümayəndə olaraq qatılmalı və təklif irəli sürməlidir. Ən azı ədalətli qərar naminə bu, yaxşı olardı. Yaşamaq üçün minimum maaşa qaldıqda, əsas faktor əməkhaqqı deyil, alım gücüdür. Yəni bu gün minimum əməkhaqqı 400 manatdır, ətin kilosu 20-25 manat arası, yağın kilosu 20 manat, kartof ən ucuz 1-1.5 manat, mənzil bazarında da qiymətlər 1 otaqlı şəhərdən kənar ən ucuz 85 min manatdır. Minimum əməkhaqqı ilə işləyən şəxs neçə il ac-susuz qalmalıdır ki, normal yaşam standartlarına uyğunlaşa bilsin?”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, əməkhaqqı 5 faiz artsa belə, ilin yarısında ərzaq və qeyri-ərzaq məhsulları ən azı 30 faiz bahalaşacaq:

“Ona görə də ilk növbədə istehsalatı qurmaq, sənayeni inkişaf etdirmək lazımdır. Yeni istehsalat qurulsa, vətəndaş 400 manat minimum əməkhaqqına çalışar, yoxsulluq səviyyəsi enər, qiymət tənzimlənər. İqtisadçı kimi təklif etsək ki, əməkhaqqı minimum 1200-1500 manat olsun, bu, mümkün deyil. Ümumiyyətlə, hər kəsin yaşam standartı müxtəlifdir. Kimisi qənaət edir, kimisi də gələcəyini düşünmədən bu gün üçün yaşayır. Çünki xərclər müxtəlifdir. Lakin ümumi dəyərləndirsək, sıfırdan başlayan, mal-mülkü, mirası olmayan bir ailə üçün minimum 2 min manat lazımdır”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr