ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvada Qırmızı Meydanı partlatmaq və Sovet lideri Vladimir Leninin cəsədini yandırmaq istədiyini deyən qadına hökm oxundu.
Globalinfo.az xəbər verir ki, Olqa Fedosova sözügedən ittihamlar üzrə təqsirli bilinib və 4 il azadlıqdan məhrum edilib.
O, Moskvada dostları ilə içki məclisində özünü itirib, nəticədə təcili yardıma zəng edərək üzərində dinamit olduğunu, Qırmızı Meydanı partlatmaq və Mavzoleydə Leninin cəsədini yandırmaq istədiyini bildirib.
Təcili yardım işçiləri məsələ ilə bağlı polisə xəbər veriblər. Nəticədə polis qadının evinə gəlib və axtarış aparıb, lakin heç bir təhlükəli maddə aşkarlamayıb.
Qadın içkili vəziyyət olduğunu və dostlarına “nə qədər sərt ola biləcəyini göstərmək üçün” belə bir addım atdığını deyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.