AZ

"Mən pillə-pillə inkişaf yolunu Azərbaycan futbolunda aydın görürəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Sportinfo.az-a açıqlama verib.

Litvalı mütəxəssis artıq yarım ildən çoxdur ölkəmizdədir.

Özü haqqında müsbət fikirlər formalaşdıra bilib.

Bəs Azərbaycan futbolu onda hansı düşüncələr yaradıb? Bura gələnə qədər nə gözləyirdi və gedişatda nə gördü?

Qısası, Litvalı çalışdırıcı arxada qoyduğu yarım ilə görə Azərbaycan futbolunda gördüklərini bizimlə bölüşüb:

“Gözləntilərim tam istədiyim kimi oldu. Bura gəlməmişdən 1.5 il öncədən Azərbaycan futbolunu izləyirdim. “Sabah” və “Qarabağ”la yaxından maraqlanırdım. Liqanın çox yaxşı səviyyəsi var. Rəqabət yüksək dərəcədədir. Fərqli ölkələrdə işlədiyim üçün deyə bilərək heç də geri qalmır. Düzdü, bəzi problemlər var və inkişaf etdirilməlidir.

Məsələn, bəzi süni meydançlar düzəldilməlidir. Amma müsbət məqamlar da var. Məsələn, legioner qadağası yoxdur. Bu da inkişafa aparır, yeni-yeni qapılar açır. Bu məqam çox önəmlidir.

Pillə-pillə inkişaf olacaq. Pul bəzən hər şeyi həll etmir. Məsələn, Yaxın Şərqdə, Çində pulun hesabına müəyyən işlər görüldü, amma müvəqqəti oldu. İnkişaf pillə-pillə getməlidir. Mən bunu Azərbaycan futbolunda aydın görürəm”.

XANOĞLAN

Seçilən
27
sportinfo.az

1Mənbələr