AZ

Binədə təhlükə saçan lövhə sürücüləri və piyadaları riskə atır VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, İsa Əlizadə küçəsində həm sürücülər, həm də piyadalar üçün risk yaradan vəziyyət müşahidə olunur. 

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın "Instagram" ünvanına video göndərərək məlumat verib.

Görüntülərdən aydın olur ki, sözügedən ərazidə piyada keçidinin qarşısına reklam lövhəsi yerləşdirilib.

Nəticədə sürücülər keçiddən istifadə edən piyadaları görə bilmir, piyadalar isə yaxınlaşan nəqliyyat vasitələrini izləməkdə çətinlik çəkirlər.

Şikayətçi bildirib ki, problem uzun müddətdir davam edir və adiyyəti qurumların məsələyə müdaxilə etməsi zəruridir.

Nərmin

Oxunub 16

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
avtosfer.az

1Mənbələr