AZ

Kürdəmirdə səyyar qəbul keçirildi Fotolar

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kürdəmirdə Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Elşən Həsənli Kürdəmir rayonunun Cəyli kənd sakinləri ilə görüşüb.

Görüşdə RİH başçısının müavini və şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

E.Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
hurriyyet.az

1Mənbələr