AZ

Moskvada Regnum və İzvestiya redaksiyalarının yerləşdiyi binada yanğın baş verib

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Moskvanın cənubundakı biznes mərkəzində baş verən yanğın səbəbindən "Regnum" informasiya agentliyinin redaksiyası təxliyə edilib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Marina Axmedova məlumat verib.

"İşi dayandırdıq, hamımız qaçıb çıxdıq. Hazırda yanğını söndürürlər. Təxliyə dərhal həyata keçirilib", - o qeyd edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə baş idarəsindən bildirilib ki, hadisə yerində yanğın-xilasetmə qüvvələri işləyir.

KİV-in məlumatına görə, binada "İzvestiya" qəzetinin redaksiyası da yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
hurriyyet.az

3Mənbələr