AZ

Deputat: “Ermənistanda söz azadlığı cinayət hesab olunur”

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Soydaşlarımızı uzun müddət əsir saxlayan bir diktatora mükafat verə bilmərik"

“Ermənistanda söz azadlığı faktiki olaraq cinayət hesab olunur”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin qarşısında keçirilən etiraz aksiyasında müxalifətdən olan deputat Qarnik Danielyan deyib.

"Mövcud hökumətə qarşı çıxış edən insanlar azadlıqlarından məhrum edilirlər. Beynəlxalq ictimaiyyət baş verənləri dəqiq qiymətləndirməlidir. Bu gün qanunsuz saxlanılanların hamısını xatırlamaq vacibdir", - deyə Danielyan mövcud vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, ikili standartlar qəbuledilməzdir: “Baş verənlərin aydın və prinsipial qiymətləndirilməsi və Ermənistandakı vəziyyətə aydın baxış lazımdır”.

Danielyan Baş nazir Nikol Paşinyanı nəzərdə tutaraq deyib ki, “soydaşlarımızı uzun müddət əsir saxlayan bir diktatora mükafat verə bilmərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
ayna.az

1Mənbələr