AZ

Məni sosial şəbəkədə nə günə qoydular

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni Xuraman Şuşalı işlətdiyi sözlərə görə onu təqnid edənlərə cavab verib.

Axşam.az-a açıqlama verən ifaçı "Uşaqlarıma indidən psixoloji təzyiq göstərirəm: Sevdiyinizi mən seçəcəyəm" sözlərinin birmənalı qarşılanmadığını deyib. O bildirib ki, buna görə sosial şəbəkədə ona mənfi rəylər yazılıb:

"Yalandan dedim, uşaqların indidən başını aldadıram. Psixoloji təsir edirəm. Deyirəm, sevdiyiniz şəxsi mən seçməliyəm. Bu sözlərimə görə məni sosial şəbəkədə nə günə qoydular. Axı dedim ki, mən məsləhət görəcəyəm, əgər sevsələr ailə quraralar. "Sevsən, ailə qurarasan" sözünü eşitmədilər. Birinci cümləyə qulaq asdılar və baltaladılar. Məni sosial şəbəkədə nə günə qoydular". 

Qeyd edək ki, Xuraman "Öz aramızda" verilişində "Uşaqlarım öz seçib, sevdikləri ilə ailə qura bilməz" açıqlamasını vermişdi. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
axsam.az

1Mənbələr