AZ

ASCO 2025 ci ildə zərərsizləşdirdiyi tullantıların həcmini açıqlayıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır.

525.az-a ASCO-dan bildirilib ki, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2025-ci ilin nəticələrinə görə, ASCO gəmilərindən 125,8 m³ plastmas, 582,2 m³ qida qalığı, 613,5 m³ məişət tullantısı, 47,9 m³ istismar tullantısı, 198,2 m³ neft qalığı-şlam, 3723,2 m³ döşəməaltı lyal su, 96752,5 m³ məişət təsərrüfat çirkab su təcrübəli mütəxəssislərə və sertifikasiyalı qurumlara təhvil verilərək ərazilərimizdən kənarlaşdırılıb.

Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 19,5 ton yanmış qəlib qumu, 1878,4 ton abraziv, 76231 ton məişət çirkab suyu, 1550,9 ton neftli döşəməaltı-lyal su, 203 ton sürtkü yağı, 5075,7 m³ məişət tullantısı, 647,2 m³ qida qalığı, 220,8 m³ polimer əsaslı və plastmas tullantı, 143,3 m³ yağlı və neftli tullantı, 111,3 m³ rezin tullantı, 204,6 m³ istismar tullantısı, 0,13 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Ötən il ümumilikdə 0,78 ton kağız, 0,58 ton plastmas, 20,3 ton metal təkrar emala göndərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
4
525.az

7Mənbələr