ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Sabir tanışı Rəşadı bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 5-də rayonun Məzahir Rüstəmov 21 ünvanında yerləşən “Faxralı” kafesinin üçüncü kabinetində baş verib.
Sabirin həmin gün saat 19:18-də orada Rəşadla birlikdə olarkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, üzərində olan mətbəx bıçağı ilə Rəşada zərbələr vurub.Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, məlum hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisəni qəbul edə bilməyib. Onun ifadəsinə görə, “Faxralı” adlı kafedə əyləşərkən bıçaqla zərərçəkənə bədən xəsarətləri yetirdikdən sonra evə yollanıb, üzərindəki əşyaları evdə qoyaraq polis idarəsinə təslim olmaq məqsədilə gedib.Təqsirləndirilən şəxs həmçinin bildirib ki, zərərçəkmiş Rəşad ilə yaxın dost olub: “Hadisə 5 fevral 2025-ci ildə, saat 19 radələrində baş verib. Mən onun əyləşdiyi “Faxralı” adlı kafeyə getdim. Bu zaman o, məni qarşıladı. Biz kabinetdə əyləşdik. Həmin kabinetdə Rəşaddan başqa 3 nəfər şəxs də olub. Kafeyə getməkdə məqsədim içindəki sıxıntını həll etmək olub. Rəşadla aramızda xəyanətdən yaranan mübahisə baş vermişdi. Mən bıçağı evdən götürərək kafeyə getmişdim. Məni Rəşadı öldürmək niyyətim olmayıb. Bıçağı evdən götürməkdə məqsədim Sabiri bıçaqla zərbə yetirmək olub. Mən masanın ön hissəsində, Sabir isə mənim yanımda əyləşdi. Masada əyləşən zaman bıçaq cibimdə olub. Mən Rəşadla çox söhbət etməmişəm. Anidən masadan qalxaraq Rəşada bıçaqla zərbə yetirmişəm. Hadisə zamanı musiqiyə qulaq asmışam. Ona neçə bıçaq zərbəsi yetirdiyimi xatırlamamışam. Ətrafdakı şəxslər məni Rəşaddan ayırmağa çalışdılar. Bıçaqla zərbə yetirdikdən sonra yaşadığım Bakıxanov qəsəbəsi ərazisinə getdim. Orada heç kimlə görüşmədim”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Xətai Rayon Polis İdarəsindən onun mobil telefonuna zəng gəlib: “Mən birbaşa polis idarəsinə gedərək təslim oldum. Rəşada bıçaqla zərbə yetirdikdən sonra onun aqibətini bilməmişəm. Kafedə onunla söhbət etməyə cəhd etməmişəm, buna cəsarətim də çatmayıb. Hirsim soyuduqdan sonra ona bıçaqla zərbə yetirmək prosesini dayandırmışam. Rəşada Ona birdən çox zərbə yetirdiyimi xatırlamışam”. Zərərçəkmiş Rəşadın sözlərinə görə, Sabiqlə dost münasibətində olmaqla aralarında ədavət və düşmənçilik olmayıb: “Hadisə baş verməmişdən əvvəl Sabirlə aramızda mübahisə yarandı. Həmin mübahisədən sonra “Faxralı” adlı kafedə əyləşən vaxt Sabir mənə bıçaqla zərbələr yetirdi”. Zərərçəkmiş şəxs həmçinin bildirib ki, hadisədən əvvəl Sabiri həmin kafeyə dəvət edib: “Kafedə əyləşən zaman Sabirlə deyib-gülmüşük. Bıçağın stolun üzərində olub-olmamasının mənim üçün heç bir əhəmiyyəti olmayıb. Sabirin üzərində bıçağın olub-olmamasından məlumatsız olmuşam. Mən heç vaxt Sabirin üzərində bıçaq görməmişəm. Zərbədən sonra özümdən getmişəm və gözümü xəstəxanada açmışam. Hadisədən təxminən 2 həftə əvvəl də Sabirlə aramızda mübahisə oldu. Sabirin mənə bıçaqla zərbə yetirməsinin 2 həftə əvvəl aramızda olan mübahisə ilə heç bir əlaqəsi olmayıb. Hadisə vaxtı Sabir və mən içkili olmamışıq”. Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Sabirlə xəyanətlə bağlı mübahisələri olmasını etiraf etsə də, nə özü, nə dəki zərərçəkmiş şəxs bu xəyanət məsələsini detallarını açıqlamayıb. İş üzrə ifadə verən şahidlər də onların arasında xəyanət üstündə mübahisə olduğunu qeyd etsələr də, bu məsələnin səbəbləri barədə məlumatsız olduqlarını deyiblər.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabir 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.