Dünən start götürən Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün daha 2 oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk oyunu Şamaxıda baş tutacaq.
Meydan sahibləri çempion "Qarabağ"ı qonaq edəcək. Saat 14:30-da start götürəcək görüşün start fitini Kamranbəy Rəhimov səsləndirəcək.
Mərhələnin ilk oyunlarına Bakıda yekun vurulacaq. Qərb bölgəsinin komandaları - "Turan Tovuz" ilə "Kəpəz" "Azərsun Arena"da üz-üzə gələcəklər. Əli Əliyevin idarə edəcəyi derbi saat 19:00-da başlayacaq.
Qeyd edək ki, dünən keçirilən görüşlərdə ("Sabah" - "Qəbələ" və "Sumqayıt" - "Zirə) qalib müəyyənləşməyib.
Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyun
5 fevral
"Şamaxı" – "Qarabağ" 2:1 (2-ci hissə)
Qollar: Karim Rossi, 26; 41 - Abdullah Zubir, 79.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 10. Andrey Tirkoveanu, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
19:00. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə, Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"